İnyesta "ən yaxşı"lar sırasında

İnyesta "ən yaxşı"lar sırasında

Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edən Andres İnyesta ölkənin yüksək liqasında çıxış edən "ən yaxşı"lar sırasına daxil edilib. 

Fanat.Az xəbər verir ki, bu barədə "B/R Football" rəsmi "Twitter" səhifəsində məlumat yayıb.

37 yaşlı ispan yarımmüdafiəçi 2021-ci ildə Yaponiya Liqasında klubunun heyətində 6 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib.

"Vissel Kobe" 38 oyunda 73 xalla mövsümü üçüncü pillədə başa vurub. Yaponiya çempionatının qalibi "Kawasaki Frontale" komandası olub.

Xatırladaq ki, İnyesta 2018-ci ildən “Vissel Kobe”də oynayır. O, komandaya azad agent qismində qoşulub. Yaponiya klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır.

"Visse Kobe"yə gələnə kimi Andres 16 il “Barselona”nın şərəfini qoruyub və 32 kubok qazanıb. İspaniya millisinin heyətində isə İnyesta Avropa və dünya çempionu olub. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər