"Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, AS nəşri İnyestanın sözlərini belə təqdim edib:
"Ançelotti haqda çox az şey demək olar. Onun karyerası göz qabağındadır. Karlo həm futbolçu, həm də məşqçi kimi inanılmazdır. "Real"ı iki dəfə çalışdırmaq və hər ikisində uğur qazana bilmək sıradan fakt deyil. Belə bir kluba qayıtmaq, yenidən öz dəsti-xəttini ortaya qoymaq böyüklük deməkdir. Ançelotti ilə bağlı mövcud reallıqla qürur duymaq lazımdır".
Qeyd edək ki, 28 oyuna 69 xal toplayan "Real" İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.
Nihat