“Çinli Maradona” koronavirusa yoluxub

“Çinli Maradona” koronavirusa yoluxub
İspaniyanın "Espanyol” futbol klubunun yarımmüdafiəçisi  U Ley koronavirusa yoluxub.
Bu barədə sport.es nəşri xəbər yayıb.
Fanat.Az xəbər verir ki, klub rəsmi şəkildə bəyan edib ki, altı futbolçuda test müsbət nəticə verib. Bununla belə, onların adları açıqlanmayıb. Mənbə bildirib ki, yoluxanlardan biri çinli Leydir. Bundan başqa, Leandro Kabrerada COVID-19-a yoluxma təsdiqlənib.
Beləliklə, U Ley ilk çinli idmançıdır ki, koronavirusa yoluxduğu məlum olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər