Çingiz Ündərə 60 milyon avroluq təklif

Çingiz Ündərə 60 milyon avroluq təklif
"Roma"da sərgilədiyi performansla Avropa nəhənglərinin diqqətini çəkən Çingiz Ündər "Bavariya"nın maraq dairəsinə düşüb.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, Münhen klubu müqaviləsi mövsümün sonunda bitəcək 35 yaşlı Aryen Robbenin yerinə tük futbolçunu transfer etmək istəyir. Almanlar bu transferə görə "Roma"ya 60 milyon avro təklif etməyə hazırlaşır.
Qeyd edək ki, "Roma" 21 yaşlı hücumçunu ötən ilin yayında "Başakşəhər"dən 13,4 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 27 milyon avro qiymət qoyduğu futbolçu İtaliya klubunun heyətində keçirdiyi 39 oyun keçirərək 10 qol vurub və 6 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər