İngiltərənin nüfuzlu "The Manchester Evening" nəşri Ralf Ranqnikin Erlinq Holandı "Mançester Yunayted"ə gətirmək arzusunda olduğunu yazıb.
Fanat.Az xəbər verir ki, 63 yaşlı mütəxəssis norveçli futbolçunun atası ilə sıx dostluq mübasibətindədir.
Holandın gələn yay "Mançester Yunayted"ə keçmək ehtimalı barədə danışdıqları iddia edilir.
"Sky Germany" isə "Liverpul"un Holand üçün mübarizəyə qoşulmaq fikrində olduğunu bildirib.
Xatırladaq ki, gələn yay Erlinq Holandın klubu "Borussiya Dortmund" ilə müqaviləsinin müddəti başa çatır.
Emin