İngiltərə nəhəngində ciddi itki - Superkuboku buraxacaq

İngiltərə nəhəngində ciddi itki - Superkuboku buraxacaq

"Arsenal"ın hücumçusu Qabriel Jezus "Mançester Siti" ilə İngiltərə Superkuboku uğrunda oyunu buraxacaq.

Fanat.Az xəbər verir ki, bunu "topçuların" baş məşqçisi Mikel Arteta mətbuat konfransında bildirib.

İspan mütəxəssis braziliyalı hücumçunun bir neçə həftədir sıradan çıxdığını bildirib. Dizində diskomfort yaşayan futbolçu hələ bir müddət də yaşıl meydana qayıda bilməyəcək.

İngiltərə Superkuboku matçı avqustun 6-da Londonda, "Uembli" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər