İngiltərə Kubokunun formatı dəyişdirilə bilər

İngiltərə Kubokunun formatı dəyişdirilə bilər

İngiltərə Futbol Assosiasiyası təqvim islahatı çərçivəsində ölkə kubokunun (FA Cup) formatının dəyişdirilməsi imkanını nəzərdən keçirir.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, UEFA avrokubokları genişləndirmək qərarına gəldikdən sonra İngiltərədə keçirilən turnirlərin təqvim islahatına ehtiyac yaranıb.

Assosiasiya III və IV turların oyunlarında heç-heçə qeydə alınacağı təqdirdə, cavab matçlarını ləğv etmək niyyətindədir.

Yarımfinalda da cütün taleyinin bir matçla həll olunacağı gözlənilir.

Mümkün dəyişikliklər yalnız 2025/2026 mövsümündə tətbiq edilə bilər. Çünki yayım hüquqları ilə bağlı artıq bir çox müqavilələr bağlanılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər