İngiltərənin Çempionşip təmsilçisi "Derbi Kaunti”nin futbolçusu Andre Uizdom bıçaqlanıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, hadisə Liverpulun küçələrinin birində baş verib.
Belə ki, oyunçu şəxsi avtomobilindən düşərkən bir nəfərin hücumuna məruz qalıb. Cinayətkar 27 yaşlı idmançıya bir neçə bıçaq zərbəsi endirib və ona aid əşyaları aparıb.
Uizdom dərhal xəstəxanaya yerləşdirilib.
Mənbə futbolçunun durumunun normal olduğunu və bir həftəyə evə buraxılacağını bildirib.
Fanat.Az