İngiltərə klubunda yeni müqavilə

İngiltərə klubunda yeni müqavilə

"Aston Villa" futbolçusu ilə müqaviləni yeniləyib. 

Fanat.Az xəbər verir ki, söhbət müdafiəçisi Con Makqinndən gedir. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, 28 yaşlı şotlandiyalı ilə sözləşmənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb. 

Qeyd edək ki, Şotlandiya milliisinin üzvü 2018-ci ildən "Aston Villa"nın şərəfini qoruyur. 174 oyunda meydana çıxan Con 16 qola imza atıb. Başa çatan mövsüm müdafiəçi 34 görüşdə forma geyinib. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər