"Vest Hem”in yeni baş məşqçisinin kimliyi bəllidi.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi çilili çalışdırıcı Manuel Pelleqriniylə müqavilə imzalayıb. Sözləşməyə əsasən 64 yaşlı mütəxəssis qarşıdakı 3 ildə "Vest Hem"in "sükanı arxası"nda olacaq.
Daha öncə "Vilyarreal”, "Real” və "Malaqa kimi klubları çalışdıran Pelleqrini "Mançester Siti” ilə 2013/14 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.
Fanat.Az