İngiltərə klubu 19 yaşlı istedadı istəyir

İngiltərə klubu 19 yaşlı istedadı istəyir

Fransanın "Renn" klubunun və Belçika millisinin hücumçusu Jeremi Doku karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Chronicle Live" yayıb.

Mənbə 19 yaşlı futbolçunun "Nyukasl Yunayted"in transfer siyahısına düşdüyünü vurğulayıb. Jereminin mövsümün sonunda "sağsağanlar"ın sıralarına qoşulmaq ehtimalının yüksək olduğu bildirilib.

Doku "Renn"ə 2020-ci ildə Belçikanın "Anderlext" klubundan transfer olunub. Bu keçid Fransa təmsilçisinə 26 milyon avroya başa gəlib. Onun "Renn"lə olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər