İngilis klubu alman məşqçi ilə anlaşdı

İngilis klubu alman məşqçi ilə anlaşdı

İngiltərənin "Lids" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, komandanın yeni baş məşqçisi almaniyalı mütəxəssis Daniel Farke olacaq. 

Bu barədə "PinkUn" öz sosial şəbəkə hesabı vasitəsilə məlumat yayıb.

Anlaşmanın detalları barədə məlumat verilmir. 

Farkenin son iş yeri Münhenqladbax "Borussiya"sı olub. Yayın əvvəlində "ayğırlar" 46 yaşlı mütəxəssislə yollarını ayırıb.

Xatırladaq ki, 2022-ci ilin yanvarında Daniel Farke "Krasnodar"ın baş məşqçisi olub. Ancaq alman çalışdırıcı ay yarımdan sonra, bir dəfə də olsun rəsmi oyun keçirmədən klubu tərk edib.

Əlavə edək ki, "Lids" son mövsümdə İngiltərə Premyer Liqasını 19-cu pillədə başa vurub və çempionatı tərk edib. Növbəti mövsümdə "tovuzquşular" Çempionşipdə mübarizə aparacaqlar və ilk cəhddə yenidən yüksək liqaya çıxmağa çalışacaqlar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər