"İndilik bunu uğur saymaq olar" - Fatih Terim 

"İndilik bunu uğur saymaq olar" - Fatih Terim 

"İlk yarıda yersiz top itkilərimiz bizə problem yaratsa da, pis müdafiə olunmadıq. Rəqibə ərazi üstünlüyü vermədik. İkinci hissədə matç heç-heçəyə gedirdi. Oyunu gücləndirmək üçün dəyişikliklərə əl atdıq. Əvəzləmələrimiz işə yaradı".

Fanat.Az xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda səfərdə Moskva "Lokomotiv"i üzərində 1:0 hesablı qələbə qazanan "Qalatasaray"ın baş məşqçisi Fatih Terim deyib.

Rusiyanın paytaxtında baş tutan matçdan sonra ənənəvi mətbuat konfransına qatılan İstanbul təmsilçisinin çalışdırıcısı qapılarından top buraxmadıqlarını qabardıb: "Çətin qrupda mübarizə aparırıq. Keçirdiyimiz oyunlarda qapımızda qol görməmişik. İndilik bu məqamı uğur saymaq olar".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər