"İnanılmazdır, bu dəli 5 qol vurub"

"İnanılmazdır, bu dəli 5 qol vurub"

"Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero "şəhərlilər"in norveçli ulduzu Erlinq Holandın Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda - "Leyptsiq"lə matçda (7:0) penta-trik etməsinə münasibət bildirib.

Fanat.Az "Ole" onun dediklərini belə çatdırıb:

"Bu dəli beş qol vurub! Holand klassik 9 nömrədir. Ondan bir neçə rəqibdən sıyrılmağı və künc zərbələrini yerinə yetirməyi tələb etməyin. Erlinq bombardirdir. Onun etdikləri inanılmazdır. 

Quardiola onu 63-cü dəqiqədə əvəzlədi? Mən onu meydanda saxlayardım. Çünki belə anlarda Holandın 6 və ya 7 qol vurması da mümkündür".

Qeyd edək ki, 22 yaşlı Holand bir ÇL matçında 5 qol vurmağı bacaran 3 oyunçudan biridir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər