İmmobile: "İbra kimi formada qalmaq istəyirəm"

İmmobile: "İbra kimi formada qalmaq istəyirəm"
"Latsio"nun hücumçusu Çiro İmmobile Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Zenit" üzərində qazandıqları 3:1 hesablı qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, "Football Italia" forvardın söylədiklərini belə çatdırıb:
"Meydana çıxanda uşaq kimi sevinirəm. Təbii, oynamayanda da çox hirslənirəm. Bu gün komandam üçün bacardığımdan da artığını etməyə çalışdım. Arzum özümü İtaliya klublarında adını tarixə yazdırmış oyunçular siyahısında görməkdir. 30 yaşım var, amma özümü daha gənc sayıram. Zlatan İbrahimoviç mənim üçün böyük nümunədir. İbra kimi uzun müddət formada qalmaq istəyirəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər