Fransa kubokunda 1/4 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Lion “Olimpik”i doğma meydanda aşağı liqa təmsilçisi “Qrenobl”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç Liqa 1 təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Fransa kuboku 1/4 final 28 fevral
Olimpik (Lion) – Qrenobl 2:1 Qol: Barkola, 24. Jeffinyo, 38 – Sbai, 74.
1 mart
21:15. Nant – Lans 21:45. Tuluza – Rodez 00:00. Olimpik (Marsel) - Ansi