“İlk yarıda rəqib, ikinci hissədə biz yaxşı oynadıq” - Musayev

“İlk yarıda rəqib, ikinci hissədə biz yaxşı oynadıq” - Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 2-ci turundan təxirə salınmış “Sumqayıt”la oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis bunları söyləyib:

“İlk hissədə rəqib bizdən daha yaxşı oynadı. Layiq olduqları qolu vurdular. İkinci hissəyə görə futbolçulara heç bir iradım yoxdur. 46-cı dəqiqədən sonra oynamağa başladıq. Məğlubiyyətdə özümüz günahkarıq.

Əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Rəqib rahat oynayırdı. Biz hesabı bərabərləşdirsəydik, onlar daha çox boşluqlar verəcəkdi. Keçən oyunda hesab 1:1 olandan sonra rəqib hücuma gedirdi. Onda boş zonalar tapa bilirdik.

Komandamda heç kimi müsbət dəyərləndirə bilmərəm. Çünki, məğlub olmuşuq. İmkanlarımızdan aşağı çıxış etdik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər