Çılğın azarkeş Ronalduya hücum çəkdi - VIDEO

Çılğın azarkeş Ronalduya hücum çəkdi - VIDEO

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştianu Ronaldu "Əl-Taun"la oyunöncəsi məşqdə hücuma məruz qalıb. 

Fanat.Az xəbər verir ki, bu epizodun videogörüntüsü yayılıb.

Azarkeşlərdən biri meydançaya daxil olaraq portuqaliyalı futbolçuya tərəf qaçıb, çatarkən sürüşərək onun ayaqları altına düşüb. Ronaldu ani hərəkətlə kənara çəkilərək hücumdan yayınıb. Əks halda, ayağına xəsarət yetiriləcəkdi. Daha sonra fanat stüardlar tərəfindən tutulub. Ronaldu səssizcə vəziyyəti müşahidə edib.  

Qeyd edək ki, sözügedən oyun 2:1 hesabı ilə “Əl-Nəsr”in xeyrinə başa çatıb və Ronaldu hər iki qolda məhsuldar ötürmə verib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər