"İkinci hissədə gücümüz tükəndi" - Joze Alesio Da Silva

"İkinci hissədə gücümüz tükəndi" - Joze Alesio Da Silva

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva bu gün Ukrayna yığmasına qarşı keçirilmiş yoxlama oyununu şərh edib. 

Fanat.Az xəbər verir ki, braziliyalı mütəxəssis 1:5 hesablı məğlubiyyətlə üzləşdikləri matçdan sonra belə danışıb:   “Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim. Təbii ki, bu dəfə həmin səhvləri etməməyə çalışdıq. Bəlkə də bunun nəticəsidir ki, birinci hissədə dünənlə müqayisədə daha yaxşı oynadıq. İkinci hissədə gücümüz tükəndi. Sanki beyin artıq verilən tapşırıqları icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi. Nəticədə oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməliydik. Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər