İki azarkeş öldü, 40 nəfərdən çox yaralı var 

İki azarkeş öldü, 40 nəfərdən çox yaralı var 

Bu gecə Əlcəzair millisi Ərəb Millətlər Kubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, sözügedən yığma finalda Tunis millisini 2:0 hesabı ilə üstələyib.

"Anadolu Agency" qələbəni bayram edən tərəfdarların ikisinin həyatını itirdiyini, azı 40 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb. Ölənlərdən biri 20 yaşlı gəncdir. Onun  idarə etdiyi mototsikl ölkənin eyniadlı paytaxtından 200 kilometr aralıda turistləri aparan nəqliyyat vasitəsinə çırpılıb. Digər dünyasını dəyişən şəxs isə 24 yaşlı gənc olub. Avtomobil qəzası üzündən baş verən bu bədbəxt hadisə paytaxtdan 300 kilometr aralıda baş verib. 

Qarışıqlıqdan faydalanan bir sıra şəxslər avtomobilləri qarət edib. Eləcə də polisə telefonlarının oğurlanması ilə bağlı çoxsaylı müraciətlər olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər