PSJ-nin hücumçusu Mauro İkardi vətəni Argentinanın klublarının diqqət mərkəzindədir.
Fanat.Az "Radio Continental"a istinadən xəbər verir ki, "Argentinos Xuniors" və "River Pleyt" futbolçunun transferində maraqlıdır.
29 yaşlı forvard isə Avropanın top klublarında forma geyinmək arzusundadır.
Qeyd edək ki, İkardinin Fransa klubu ilə cari müqaviləsinin müddəti 2024-cü ilin iyununda başa çatır.
Emin