İddialılar sürprizə imkan vermədi

İddialılar sürprizə imkan vermədi

Yüksək Liqada II turun oyunları baş tutub. 

Fanat.Az xəbər verir ki, tur sürprizsiz ötüşüb. 

EKOL U-19-u, "Rekord club.az" "Alyans"ı böyük hesabla üstələyib. Turun mərkəzi qarşılaşmasında "Araz-Naxçıvan" "Neftçi"ni üstələyib. Baxmayaraq ki, Joze Alesio da Silva görüşdə zədəli Ramiz Çovdarovla cəzalı Felipinyonun xidmətindən yararlana bilməyib. "Baku Fire" isə "Xilə"ni 2 top fərqi ilə məğlub etməyi bacarıb.   Yüksək Liqa 2-ci tur 8 oktyabr EKOL – U-19 8:3 Qollar: Samir Həmzəyev, 03:25, 31:36. Tofiq Mikayılov, 04:42, 06:25. Mehdi Rəsulov, 14:59. Əsgər Abasov, 15:23. Faiq Əliyev, 22:19. Fərid Ələkbərov, 37:52 - Fuad Məmmədzadə, 12:29. Məhəmməd Abbasov, 28:26. Nurlan Məmmədov, 32:47. Hakimlər: Ziya Nəsirov, Əli Cəbrayılov, Rza Məmmədov. Hakim-inspektor: Azad Hüseynov.

Alyans – Record club.az 0:6 Qollar: Alireza Bohlouli, 13:08, 38:44, Mehrdad Sadeghi, 13:24, Matin Qahremani, 15:24, Hasan Ali Jafari, 33:45, Mohsen Babaei, 39:34. Hakimlər: Xəlil Xəlilov, Hikmət Qafarlı, Etibar Həsənov. Hakim-inspektor: Mehman Mahmudov.

Araz-Naxçıvan – Neftçi İK 4:1 Qollar: Xətai Bağırov, 11:53, 18:13. İsa Atayev, 31:03, 32:24 - İlkin Hacıyev, 22:16 Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Rza Məmmədov. Hakim-inspektor: Elçin Səmədli.

Baku-Fire – Xilə 7:5 Qollar:  Elvin Quliyev, 11:12-p, 14:47, 32:49. Renat Sultanov, 13:44, 24:05. Nihad İsmayılov, 31:31, 37:46 - Aqşin Muxtaroğlu, 03:28,  09:02, 13:26. Tofiq Əliyev, 18:55. Fərid Səmədzadə, 30:46. Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Etibar Həsənov. Hakim-inspektor: Azər Əsgərov.

Qeyd edək ki, Yüksək Liqada 3-cü turun oyunları oktyabrın 15-də baş tutacaq. Turun bütün qarşılaşmaları Bakı İdman Sarayında keçiriləcək: Xilə - EKOL 15 oktyabr. Bakı İdman Sarayı. Saat 12:00

Record club.az – Baku Fire 15 oktyabr. Bakı İdman Sarayı. Saat 14:00

Neftçi İK – Alyans 15 oktyabr. Bakı İdman Sarayı. Saat 16:00

U-19 – Araz-Naxçıvan 15 oktyabr. Bakı İdman Sarayı. Saat 18:00

İddialılar sürprizə imkan vermədi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər