İddiaçılar Turniri: Rəcəbov dünyanın "2 nömrə"sinə qarşı

İddiaçılar Turniri: Rəcəbov dünyanın "2 nömrə"sinə qarşı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster XII turda çinli Dinq Liren ilə üz-üzə gələcək. Rəcəbov turnir cədvəlinin və dünya reytinqinin ikincisinə qarşı qara fiqurlarla oynayacaq. Tərəflər arasında lk dövrədəki matç heç-heçə yekunlaşıb. 

Hazırda 5 xalı olan Rəcəbov turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Sıralamaya 8 xalla Yan Nepomnyaşi başçılıq edir.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri XII tur

Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan)  Rixard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ) Yan-Kşiştof Duda (Polşa) - Alireza Firuzca (Fransa) - Yan Nepomnyaşi (FIDE) - Hikaru Nakamura (ABŞ)

Xal durumu: Nepomnyaşi - 8, Liren - 6,5, Nakamura - 6, Karuana - 5,5, Rəcəbov - 5, Duda, Rapport - 4,5, Firuzca - 4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər