İddiaçılar Turnirinin yeri və vaxtı müəyyənləşdi

İddiaçılar Turnirinin yeri və vaxtı müəyyənləşdi

2022-ci ildə keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin yeri və vaxtı bəlli olub.

Fanat.Az xəbər verir ki, yarış iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq.

Hazırda 6 şahmatçının turnirdə iştirakı dəqiqləşib. Onların arasında Azərbaycan təmsilçisi Teymur Rəcəbov da var. Digər qrossmeysterlər Fabiano Karuana (ABŞ), Yan-Kşiştof Duda (Polşa), Alireza Firuzca (Fransa), Sergey Karyakin (Rusiya) və onun həmyerlisi, İddiaçılar Turnirinin axırıncı qalibi Yan Nepomnyaşidir. Son iki iştirakçının adına Qran-Prinin nəticələrinə əsasən aydınlıq gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər