İddiaçılar Turniri: Teymur Rəcəbov Dudaya qarşı

İddiaçılar Turniri: Teymur Rəcəbov Dudaya qarşı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək.

Rəcəbov 4,5 xalla hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Ondan yarım xal geri qalan Duda altıncıdır. Sıralamaya 7 xalla Yan Nepomnyaşi başçılıq edir.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri XI tur

Teymur Rəcəbov (Azərbaycan) -  Yan-Kşiştof Duda (Polşa) Alireza Firuzca (Fransa) - Yan Nepomnyaşi (FIDE) Hikaru Nakamura (ABŞ) - Rixard Rapport (Macarıstan) Fabiano Karuana (ABŞ) - Dinq Liren (Çin)

Xal durumu: Nepomnyaşi - 7, Karuana, Nakamura, Liren - 5,5, Rəcəbov - 4,5, Duda, Rapport, Firuzca - 4.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər