İddiaçılar Turniri: Rəcəbov son görüşünü keçirəcək

İddiaçılar Turniri: Rəcəbov son görüşünü keçirəcək

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün son görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster sonuncu - XIV turda Macarıstan şahmatçısı Rixard Rapport ilə üz-üzə gələcək. Rəcəbov ilk dövrədə heç-heçə etdiyi rəqibinə qarşı bu dəfə qara fiqurlarla oynayacaq.

Hesabında 6,5 xalı olan Teymur hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Ondan bir xal geri qalan Rapport 6-cıdır. 

Qeyd edək ki, son turun nəticələrindən asılı olmayaraq yarışın qalibi adını FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi qazanıb. 32 yaşlı qrossmeyster hazırda doqquz xala sahibdir və ən yaxın izləyicisi olan Hikaru Nakamuranı (ABŞ) 1,5 xal qabaqlayır. O, bununla, ardıcıl ikinci dəfə norveçli Maqnus Karlsenlə dünya şahmat tacı uğrunda görüşə vəsiqə qazanıb.

İddiaçılar Turniri XIV tur

Rixard Rapport (Macarıstan) - Teymur Rəcəbov (Azərbaycan) Fabiano Karuana (ABŞ) - Alireza Firuzca (Fransa) Dinq Liren (Çin) - Hikaru Nakamura (ABŞ) Yan-Kşiştof Duda (Polşa) - Yan Nepomnyaşi (FIDE)

Xal durumu: Nepomnyaşi - 9, Nakamura - 7,5 Liren - 7 Rəcəbov, Karuana - 6,5, Rapport -  5,5, Duda, Firuzca - 5..

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər