İbrahimoviçin zədəsi ilə bağlı son durum

İbrahimoviçin zədəsi ilə bağlı son durum
"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin zədəsi ciddidir.
 
Fanat.Az xəbər verir ki, bu barədə idman yazarı Canluki Di Marsio məlumat yayıb. 
 
Jurnalistin rəsmi saytında yer alan xəbərə görə, həkim yoxlanışından keçən isveçli ulduz 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. 
 
Qeyd edək ki, 39 yaşlı futbolçu A seriyasının 35-ci turunda "Yuventus"la matçda (3:0) sıradan çıxıb.
 
Röya 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər