İbrahimoviç qərarını verdi - Bu qədər qazanacaq

İbrahimoviç qərarını verdi - Bu qədər qazanacaq

"Milan" isveçli ulduzu Zlatan İbrahimoviçlə müqavilənin müddətini uzatmaq üçün razılığa gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Tərəflər anlaşmanı 30 iyun 2023-cü ilə qədər uzadılması ilə bağlı ortaq məxrəcə gəliblər. Hücumçunun maaşı qol və ötürmələrə görə bonuslarla birlikdə 1-1,5 milyon avro təşkil edəcək. Yaxın günlərdə rəsmi açıqlama gözlənilir.

41 yaşlı İbrahimoviç ötən mövsüm A Seriyasında "rossoneri"nin heyətində 23 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər