"Milan"in hücumçusu Zlatan İbrahimoviç gələcək planları ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, isveçli əfsanə "Football Italia"ya açıqlamasında karyerasını bitirdikdən sonra nələr etmək istədiyindən bəhs edib:
"Mənə bir sıra şeylər maraqlıdır. Məsələn, özümü aktyor kimi sınamaq istərdim. Orqanizmə adrenalin gətirən şeylərlə məşğul olmaq istərdim. Ancaq çətin ki, futbola bənzər nəsə olsun. Karyeramı bitirdikdən sonra həyatımda çox şeyi dəyişəcəyəm. Lakin indi bəzi layihələrim olduğu üçün tamamilə futbola köklənmişəm".
Qeyd edək ki, İbrahimoviçin bu ilin 3 oktyabr tarixində 41 yaşı tamam olacaq.