İsveç yığmasının və "Milan”ın hücumçusu Zlatan İbrahimoviç sol dizindən əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İsveçli forvardın əməliyyatı uğurla keçib. 39 yaşlı İbra avqustun ortalarına qədər meydana çıxa bilməyəcək.
Qeyd edək ki, İbrahimoviç ötən mövsüm A Seriyasında 19 oyun keçirib və 15 qol vurub. O, məhz dizindəki zədəyə görə hazırda keçirilən Avropa çempionatından kənarda qalıb.
Fanat.Az