Hondanın MMA döyüşçüləri ilə növbəti görüşü - FOTO

Hondanın MMA döyüşçüləri ilə növbəti görüşü - FOTO
"Neftçi" klubunun tanınmış futbolçusu Keysuke Honda Azərbaycanın MMA döyüşçüləri ilə daha bir fotosunu paylaşıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı yaponiyalı yarımmüdafiəçi Tofiq Musayev, Vüqar Kərəmov və Rüfət Əsədovla görüşüb.
Görüşdə paytaxt klubunun tərcüməçisi Vüqar Əliyev də iştirak edib. Honda paylaşımda "Onlarla Bakıda görüşmək əladır. Gələn ay Yaponiyada döyüşəcəklər" yazıb.
Qeyd edək ki, Tofiq Musayev iyunun 13-də Yaponiyada "Rizin" yarışında braziliyalı Roberto Satoşi ilə üz-üzə gələcək. Vüqar Kərəmov həmin gün yerli idmançı Yutaka Saito ilə görüşəcək. (Report.az)
 
Hondanın MMA döyüşçüləri ilə növbəti görüşü - FOTO
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər