Holandın məyus etmədiyi komanda qalmadı

Holandın məyus etmədiyi komanda qalmadı

"Mançester Siti"nin hücumçusu Erlinq Holand "Brentford"la matçda (1:0) vurduğu həlledici qolla unikal göstəriciyə imza atıb.

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, beləliklə norveçli forvard Premyer Liqada qarşılaşdığı bütün komandalara qol vurub. 

O, İngiltərədə üz-üzə gəldiyi 21 komandadan 21-ni də məyus edib. 

İndiyə qədər yalnız "Tottenhem"in sabiq ulduzu Harri Keyn bunu bacarıb - o, qarşılaşdığı 32 rəqibin hamısını məyus edib. 

Erlinq Holandın cari İngiltərə çempionatında 20 matçda 17 qolu var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər