"Borussiya Dortmund"un ulduzu Erlinq Holand sosial şəbəkə hesabında paylaşımı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Fanat.Az xəbər verir ki, norveçli hücumçu "İnstagram" səhifəsində klubdan ayrılacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub.
Dekabrın 15-də "Qröyter Fürt"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunda iki qol vuran Holand matçdan sonra meydanboyu gəzərək dortmundlu tərəfdarları salamlamışdı ki, ulduz futbolçunun bu davranışı “Signal İduna Park”la vidalaşma kimi şərh edilmişdi.
"İnstagram"dakı paylaşımı isə bu şayiələri daha da gücləndirib. O, iki fotosunu yerləşdirərək yazıb: "Növbəti yarımil mənim ən yaxşı altı ayım olacaq".
Holandın məşhur meneceri Mino Rayola bir neçə gün əvvəl futbolçunun gələcəyi ilə bağlı hələ qərar vermədiyini açıqlamışdı.