"Mançester Siti"nin baş məşqçisi Xosep Quardiola bu yay Dortmund "Borussiya"sından transfer edilən Erlinq Holand barədə danışıb.
Fanat.Az xəbər verir ki, kataloniyalı çalışdırıcı İngiltərə Premyer Liqasının 4-cü turunda keçirilən qarşılaşmada - "Kristal Pelas"la matçda (4:2) het-trik edən forvarda tərif yağdırıb:
"Ona aşiqik. Bizim üçün Holandın yalnız vurduğu qollar yox, komandada nə dərəcədə xoşbəxt olması da vacibdir. Erlinqin davranışları və bədən dili çox şey deyir. Hə, mən futbolçuların bədən dilinə xüsusi diqqət yetirirəm. Holandda bu mənada hər şey qaydasındadır".
Nihat