Holand MY-də bu səbəbdən oynamaq istəmir

Holand MY-də bu səbəbdən oynamaq istəmir

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand "Mançester Yunayted"ə keçmək niyyətində deyil.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, norveçli forvard MY-nin onun hədəfləri ilə uzlaşmayan klub olduğunu düşünür.

Mənbə sırf idman prinsiplərini əsas götürən Holandın başgicəlləndirici maddi şərtlər qarşılığında belə, "qırmızı şeytanlar"ın formasını geyinməyəcəyini vurğulayıb. Erlinqin karyerasını Mançesterin digər təmsilçisində, Xosep Quardiolanın çalışdırdığı "Mançester Siti"də davam etdirməyi arzuladığı bildirilib.

Qeyd edək ki, Holandı transfer edəcək klub təxminən 350 milyon avro xərcləməli olacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər