"Holand hələ 100 faiz hazır deyil" - Kevin De Bröyne

"Holand hələ 100 faiz hazır deyil" - Kevin De Bröyne

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bröyne "şəhərlilər"in bu yay transfer etdiyi Erlinq Holandın İngiltərə Premyer Liqasında debütündən danışıb.

Fanat.Az xəbər verir ki, belçikalı yarımmüdafiəçi fikirlərini formasını geyindiyi klubun saytına bölüşüb:

"Hücumçu mövqeyində Erlinq Holand və ya Xulian Alvares yer alıbsa, mənim meydandakı işim həm də onlara ötürmə verməkdir.

Bəlli məsələdir, hələ Erlinq 100 faiz hazır deyil. Getdikcə komandaya daha yaxşı uyğunlaşacaq. O, buraya qol vurmaq, komandaya kömək etmək üçün gəlib. Çempionatın birinci turunda özünü göstərə bilməsi yaxşı başlanğıcdır. 

Hə, Erlinqin ətrafında ajiotaj var. Bu səbəbdən ona təzyiq etmək olmaz. Holanda mümkün qədər çox ötürmə verməliyəm ki, qolları sıralasın".

Xatırladaq ki, "Mançester Siti" mövsümün ilk görüşündə "Vest Hem"i 2:0 hesabı ilə yenib. "Şəhərlilər"in hər iki qolunu Holand vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər