Holand DÇ-dəki favoritini açıqladı

Holand DÇ-dəki favoritini açıqladı

"Mançester Siti"nin hücumçusu Erlinq Holand dörd gün sonra Qətərdə başlayacaq dünya çempionatındakı favoritlərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sport Centar" norveçli futbolçudan sitat təqdim edib:    "Mənim favoritlərim Braziliya, Argentina və Fransadır. Bəlkə İngiltərənin də adını deməliyəm. Ümumiyyətlə isə bir komanda seçə bilmərəm. Çünki çox yaxşı komandalar var. Ona görə də bu dörd millini seçirəm". 

Ulduz forvard fasilə dövründən necə yararlanacağını da açıqlayıb: "İlk növbədə dünya çempionatında oynamaq istərdim. Amma reallıq odur ki, bu böyük yarışı buraxıram. İlk növbədə bədənimə və beynimə dinclik verəcəyəm. Sonra isə sözsüz ki, məşq edəcəyəm. Nəzərə alsaq ki, "Mançester Siti"də ilk aylarda yaxşı işləyirəm, heç nəyi dəyişməli deyiləm. Amma üzərimdə çoxlu işləməliyəm". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər