Het-triki işə yaramayan Morata məğlubiyyəti dəyərləndirdi

Het-triki işə yaramayan Morata məğlubiyyəti dəyərləndirdi

"Atletiko Madrid"in hücumçusu Alvaro Morata İspaniya çempionatının 19-cu turunda "Jirona"dan aldıqları məğlubiyyəti (3:4) şərh edib.

Fanat.Az xəbər verir ki, bu qarşılaşmada het-trik edən forvard fikirlərini formasını geyindiyi klubun rəsmi saytına bölüşüb:

"Qələbə qazanmaq şansımız olsa da, yekunda uduzduq. İndi irəli baxmalı, öz oyunumuzu yaxşılaşdırmaq haqda düşünməliyik. Şikayətlənmək, yalnız bu matç barədə fikirləşmək vaxtı deyil. Əlbəttə, yeni ilə qələbə ilə başlamaq istəyirdik, amma alınmadı. Qarşıdakı məşqə "artırmaq", daha yaxşı olmaq hədəfi ilə çıxmalıyıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər