Hər iki qolkiper "qırmızı" aldı, hücumçu qapıya keçdi - VİDEO

Hər iki qolkiper "qırmızı" aldı, hücumçu qapıya keçdi - VİDEO

Ziraat Türkiyə Kubokunda futbol tarixinə düşən bir olay yaşanıb.

Fanat.Az xəbər verir ki, “Eyüpspor”u qəbul edən “Hatayspor” son illərin ən yaddaqalan matçlarından birini keçirib. 

“Hatayspor”un hər iki qapıçısının qırmızı vərəqə aldığı görüşdə hücumçu Mame Diuf iki dəfə qapıya gedib. "Hatayspor"un əsas qapıçısı Abdullah Yigiter 94-cü dəqiqədə qırmızı vərəqə görüb. Beş əvəzetmə hüququ bitdiyindən hücumçu Mame Diuf komandasının qapısına keçib.

Oyuna əlavə vaxtda daxil olan ehtiyat qapıçı Yavuz Buğra Boyar isə 120+1-də qırmızı vərəqə alıb və Mame Diuf yenidən əlcək geyinib. 

Maraqlıdır ki, penaltilər seriyası nəticəsində məhz “Hatayspor” 6:5 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər