Hələ Salah kimisi olmamışdı

Hələ Salah kimisi olmamışdı

Misirli futbolçu Məhəmməd Salah formasını geyindiyi "Trabzonspor"un tarixinə düşüb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, təcrübəli cinah hücumçusu bu uğura "Gənclərbirliyi"ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdə - 4-cü turun oyununda rəqib qapısına yol tapmaqla imza atıb.

Mo sözügedən klubun sıralarında Super Liqada start heyətində meydana çıxdığı ilk 3 oyunda 4 qol vuran ilk legioner olub.

Xatırladaq ki, Salah yay transfer dönəmində "Trabzonspor"a keçib. Ön xətt oyunçusu Qara dəniz təmsilçisi ilə azad agent qismində müqavilə bağlayıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər