Həbib Nurməhəmmədovun rəqibi müəyyənləşdi

Həbib Nurməhəmmədovun rəqibi müəyyənləşdi
Yüngül çəkidə UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov təşkilatla yeni müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə dağıstanlı döyüşçünün meneceri Əli Əbdül-Əziz məlumat verib. Menecer müqavilənin detallarını açıqlamayıb. Amma Həbibin bir neçə döyüş keçirəcəyini deyib.
Artıq idmançının növbəti rəqibi də bəllidi. Nurməhəmmədov sentyabrın 7-də amerikalı Dastin Puarye ilə döyüşəcək. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər