Həbib Nurməhəmmədovdan Mourinyuya dəstək

Həbib Nurməhəmmədovdan Mourinyuya dəstək

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov “Roma”nın baş məşqçisi Joze Mourinyunun Avropa Liqasının finalında “Sevilya”ya məğlubiyyətini (1:1, penaltilər – 1:4) şərh edib.

Fanat.Az xəbər verir ki, Nurməhəmmədov sosial şəbəkədəki hesabında portuqaliyalı mütəxəssisin fotosunu paylaşaraq, “O, xüsusidir” yazıb.

“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyu isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər