Həbib 100 milyonluq təklif gözləyir

Həbib 100 milyonluq təklif gözləyir
UFC döyüşçüsü Həbib Nurməhəmmədov karyerasını 100 milyon ABŞ dolları qarşılığında bərpa edə bilər.
 
Fanat.Az xəbər verir ki, bu barədə o, mətbuat konfransında məlumat verib. 
 
32 yaşlı idmançının sözlərinə görə, UFC prezidenti Dana Uayt ona, böyük ehtimalla, pul təklif edəcək: "Bu, 100 milyon dollar olarsa, həlli mümkün problem olacaq. Görək, nə təklif edəcək".
Qeyd edək ki, Həbib Nurməhəmmədov keçirdiyi 29 görüşün hamısında qələbə qazanıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər