"Hə, doğru məlumatdır..." - Şkrinyar yeni klubunu açqladı

"Hə, doğru məlumatdır..." - Şkrinyar yeni klubunu açqladı

Milan "İnter"inin müdafiəçisi Milan Şkrinyar karyerasını davam etdirəcəyi klubun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisindən gedəcəyi əvvəldən bilinən Şkrinyarın dediklərini tanınmış insayder Fabritsio Romano belə çatdırıb:

"Hə, doğru məlumatdır. Mən PSJ ilə müqavilə bağlamışam. Klubların öz aralarında razılığa gəlməsini gözləyirəm".

Qeyd edək ki, slovakiyalı futbolçunun "İnter"lə müqaviləsinin müddəti bu yay başa çatacaq. Tərəflər məbləğlə bağlı razılığa gələ bilməsələr, Milan PSJ-yə mövsümün sonunda, azad agent statusu ilə qoşulacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər