Hazar son qərarını verdi - GEDİR?

Hazar son qərarını verdi - GEDİR?

"Real Madrid"in yarımmüdafiəçisi Eden Hazar gələcəyi ilə bağlı son qərarını verib.

Fanat.Az-ın "Marca" qəzetinə istinadən məlumatına görə, Belçika millisinin üzvü qışda İspaniya nəhəngini tərk etməməkdə qərarlıdır.

Mənbə Edenin az oynamasına rəğmən, əsas heyətdə möhkəmlənməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb. Nüfuzlu nəşr sözügedən futbolçunun bir müddət öncə "getmək istəyəni saxlayan deyiləm" deyən baş məşçi Karlo Ançelottiylə yaxşı münasibət qurduğunu da qabardıb.

Qeyd edək ki, bu mövsüm  İspaniya Primyerasında 8 matçda forma şansı qazanan Hazar 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər