Hazar bu iki klubdan birinə keçəcək - İDDİA 

Hazar bu iki klubdan birinə keçəcək - İDDİA 

Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Torqan Hazar yaxın vaxtlarda klubu tərk edə bilər.

Fanat.Az xəbər verir ki, insayder Nikolo Skira bu iddianı yayıb. 

O, "Twitter" hesabında paylaşımında bildirib ki, 29 yaşlı belçikalı yarımmüdafiəçi ilə İngiltərənin “Everton” və Niderlandın PSV klubları ciddi maraqlanır.

Xatırladaq ki, Torqan Hazar bu mövsüm "Borussiya"nın heyətində 21 oyun keçirib və 1 qol vurub. "Transfermarkt" oyunçunun dəyərini 9 milyon avro göstərib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər