"Hamı bizi finalda görmək istəyirdi"

"Hamı bizi finalda görmək istəyirdi"

"Bayern Münhen"in idman direktoru Maks Eberl Çempionlar Liqasının  yarımfinal mərhələsi çərçivəsində "Real Madrid"lə cavab matçı barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "The Mirror" hakim idarəçiliyinə etiraz edən klub funksionerinin sözlərini belə çatdırıb:

“Hamı "Bayern"i Çempionlar Liqasının finalında görmək istəyirdi. Polşalı hakimlərdən başqa, hamı".

Qeyd edək ki, bir həftə əvvəl Münhendə 2:2 bərabərə qalan "Real" "Bayern"i evdə 2:1 yenərək ÇL-in finalına yüksəlib. Həlledici görüşdə ispanlar Almaniyanın digər təmsilçisi "Borussiya Dortmund"la görüşəcək.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər