Halk və Dieqo Kosta çempionluğa sevindi - VİDEO

Halk və Dieqo Kosta çempionluğa sevindi - VİDEO

Ötən gün Braziliya çempionatının 32-ci turu çərçivəsində "Atletiko Mineyro" klubu "Bahia" komandası qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, görüş Salvadorda (Braziliya) “Arena Fonte Nova - Otaviu Manqabeyra” stadionunda baş tutub.

"Bahia" 2:0 hesabı ilə öndə ikən rəqib Halkın qolu və Kenonun dublu sayəsində 3:2 önə keçərək qələbə qazanıb.

Həmin görüşün videoicmalını təqdim edirik:

Qeyd edək ki, çempionatının bitməsinə iki tur qalmış “Atletiko Mineiro” 81 xalla çempionluğu təmin edib. Bu, klubun tarixində ikinci çempionluğudur. İlki isə 1971-ci ildə qeydə alınıb. 

Xatırladaq ki, komandada “Zenit”in keçmiş hücumçusu Halk və “Çelsi”nin sabiq üzvü Dieqo Kosta kimi futbolçular çıxış edir. 

Emin 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər