Hakimlərimiz Hollandiyanın oyununda

Hakimlərimiz Hollandiyanın oyununda
FIFA referisi Rəhim Həsənov və referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb. 
Fanat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq dərəcəli hakimlər 4-cü qrupun oyunlarını idarə edəcəklər.
Hollandiyada martın 23-də start götürəcək oyunlar bir həftə davam edəcək. Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər