"Hakimlər bizə hörmət etmirlər" - Ançelotti 

"Hakimlər bizə hörmət etmirlər" - Ançelotti 

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının Hakimlər Komitəsinin rəhbəri David Qutyerresə müraciət edib.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis ədalət təmsilçilərindən şikayətlənib.

"El Chiringuito" məşqçinin sözlərini belə çatdırıb: "Cənab Qutyerres, siz məşqçilərdən hakimlərə hörmətlə yanaşmağı xahiş edirsiniz. Bunu başa düşürük. Amma hakimlər özləri bizə hörmət etmirlər axı. Bu, qarşılıqlı olmalıdır".

Qeyd edək ki, İspaniya çempionatının 13 turundan sonra Madrid nəhəngi 32 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Paytaxt təmsilçisi lider "Jirona"dan iki xal geri qalır. Ançelottinin komandası La Liqanın növbəti turunda səfərdə “Kadis”lə qarşılaşacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər